Vəkillər Kollegiyası tərəfindən 18 iyun – İnsan Hüquqları Günü münasibəti ilə Quba və Masallı rayonlarında vəkillər tərəfindən vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilmişdir.
Aksiya zamanı Quba rayon Vəkil Bürosu və Masallı rayon Vəkil Bürosu tərəfindən müraciət etmiş 24 vətəndaşa ödənişsiz hüquqi yardım göstərilmiş, onları maraqlandıran suallar cavablandırılmış, mülki,inzibati və sosial təminat qanunvericiliyinin müddəaları izah edilmiş, yazılı və şifahi məsləhətlər verilmiş, yazılı ərizələr tərtib olunmuşdur.
Qeyd etmək istərdik ki, müraciətlərin böyük hissəsi torpaq, pensiya hüququ, sosial təminat, əmək,nikahın pozulması ilə bağlı hüquqi yardımın göstərilməsi olmuşdur.