12-14 iyul 2023-cü tarixlərində Bakıda ABŞ-nın Kommersiya Departamentinin “Kommersiya hüququnun inkişafı proqramı” (CLDP) Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə əməkdaşlıq çərçivəsində Vəkillər Kollegiyasının üzvləri və Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) üzvləri üçün “Beynəlxalq kommersiya arbitrajında müştərilərin təmsil edilməsi” mövzusunda 3-günlük praktiki təlim keçiriləcək. İştirakçılar beynəlxalq arbitraj prosesində müştərini təmsil etmək üçün tələb olunan bilik və bacarıqlara yiyələnmək məqsədilə beynəlxalq kommersiya arbitrajının başlandığı andan bitdiyi ana qədər proseslə ətraflı tanış olacaq, praktiki məsələləri həll edəcəklər.
Təlimçilər Patrisia Şonnesi və AR Vəkillər Kollegiyasının üzvü Ruslan Mirzəyevdir.
Təlimdə iştirak pulsuzdur. Yer sayı məhdud olduğundan, ilk qeydiyyatdan keçən, uyğun motivasiya məktubu yazan və aşağıda qeyd olunan meyarlara cavab verən namizədlər iştirak hüququ qazanacaq.
Təlimdə azı 3 il vəkillik təcrübəsi olan, arbitraj sahəsində və ya ümumilikdə biznes hüququ sahəsində təcrübəsi olan vəkillərə, xüsusilə ARVK Biznes Hüququ Komitəsinin üzvləri olan vəkillərə üstünlük veriləcək.
Təlimin dili: ingilis dili. İngilis dilindən Azərbaycan dilinə və əksinə tərcümə xidmətləri təmin olunacaq.
Əlaqələndirici şəxs – vəkil Günay Sultanova (tel. 012-594-99-85, 050-377-70-80)