Ölkəmizdə yetkinlik yaşına çatmayanların hüquqlarının qorunması daim diqqətdə saxlanılır. Belə bir şəraitdə, Vəkillər Kollegiyası tərəfindən də yetkinlik yaşına çatmayanların hüquqlarının qorunması, bilik və bacarıqlarının artırılması ilə bağlı ardıcıl tədbirlər görülür, onların hüquqlarının müdafiə edilməsinə xüsusi önəm verilir.
Görülən tədbirlərin davamı kimi 26.08.2023-cü il tarixində Bakı şəhəri 14 saylı Vəkil Bürosunun kollektivi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın doğum günü münasibətilə Təhsil Nazirliyinin 11 saylı inteqrasiya təlimli internat məktəbini ziyarət ediblər.
Görüş çərçivəsində uşaqlara müxtəlif sovqatlar və hədiyyələr təqdim etmiş, 3000 AZN dəyərində pal-paltar, həmçinin digər zəruri tələbat malları internata ianə olaraq verilmiş, uşaqlarla maraqlı gün keçirilərək, istək və arzularını öyrənib, suallarını cavablandırmışdır. Tədbir rəqslərlə və Mehriban Əliyevanın doğum günü ilə münasibətilə hazırlanmış tortun kəsilməsi ilə davam edib.
Sonra qonaqlar uşaqların əl işlərindən ibarət sərgiyə baxıblar və onlarla birlikdə nahar ediblər. Məktəbin direktoru Gülnarə Abdullayeva uşaqlara yaradılan şərait və Mehriban Əliyevanın məktəbə göstərdiyi qayğı və bu ocağı ziyarət etməsi barədə məlumat verib.
Qeyd edək ki, tədbirdə Kollegiyanın rəyasət heyətinin üzvü Qadın vəkillər Alyansının sədri Dilarə Əfrasiyabova olmaqla Büronun 20-dən çox vəkili iştirak edib. Bildimək istərdik ki, Təhsil Nazirliyinin 11 saylı inteqrasiya təlimli internat məktəbində xüsusi qayğıya ehtiyacı olan 3-18 yaşında uşaqlar yaşayır və təhsil alır.