100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

"Heydər Əliyev İli” İlə əlaqədar növbəti pulsuz hüquqi yardım aksiyaları keçirilib

08 September 2023    648 share share

Cari ilin sentyabr ayının 8-də "Heydər Əliyev İli” ilə əlaqədar Azərbaycan Respublikası Vəkillər Kollegiyasının tədbirlər planı çərçivəsində respublika ərazisində ödənişsiz hüquqi yardım aksiyaları davam etdirilib.

Aksiya ilə əlaqədar Bakı şəhərində yerləşən "Kredo" Vəkil Bürosunun vəkilləri Naxçıvan Muxtar Respublikasına səfər ediblər.

Səfər iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, Ulu Öndərin unudulmaz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının inzibati binasında hüqquqi yardım aksiyası keçirilib. Burada vəkillər vətəndaşlara hüquqi məsləhətlər verib, həmçinin müvafiq yazılı ərizələr tərtib ediblər.

Eyni zamanda Bakı şəhəri 12 saylı Vəkil Bürosu, Gəncə şəhəri 1 saylı Vəkil Bürosu və Qusar rayon Vəkil Bürosu tərəfindən də “Açıq qapı” günü təşkil olunub. Bakıda vəkillərə müraciət edən 16 nəfərə, Gəncədə 14 nəfərə və Qusarda 7 nəfərə ödənişsiz hüquqi yardım göstərilib.

Vətəndaşlar tərəfindən edilən müraciətlərin əksəriyyəti inzibati işlər, mülkiyyət hüququ, pul tələbi, kredit mübahisəsi, torpaq mübahisələri, əlilliyin təyin olunması, aliment tələbi və digər sosial məsələlərlə bağlı olub.

Sonda vətəndaşlar göstərilən hüquqi yardımdan məmnunluqlarını ifadə ediblər.

Qeyd edək ki, 2023-cü il “Heydər Əliyev İli” ilə əlaqədar Vəkillər Kollegiyası tərəfindən hər təqvim ayının 10-da vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilir.