100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

ARVK BHK üzvlüyünə qəbul olmaq istəyən vəkillərin nəzərinə

15 September 2023    1620 share share

Hörmətli vəkillər,

Bir müddət əvvəl Vəkillər Kollegiyasının tərkibində Biznes Hüququ Komitəsi (BHK) yaradılmışdır. Komitənin Əsasnaməsinə əsasən, BHK İdarə Heyəti Vəkillər Kollegiyasının üzvü olan, biznes hüququ sahəsində çalışmağa davam edən vəkilləri Komitəyə üzv qəbul edə bilər. Bununla əlaqədar, BHK üzvlüyünə qəbul olmaq istəyən, biznes hüququ sahəsində təcrübəyə malik olan və bu sahədə çalışmağa davam edən vəkilləri aşağıdakı qeydiyyat linki vasitəsilə üzvlüyə müraciət etməyə dəvət edirik.

Müraciətlər BHK İdarə Heyəti tərəfindən qiymətləndiriləcək, namizədliyi təsdiq edilən şəxslərlə əlaqə saxlanılacaq.

Müraciət üçün son tarix: 15.10.2023-cü ildir.

Qeyd: müraciət sayından asılı olaraq müraciət üçün ayrılan vaxt uzadıla və ya qısaldıla bilər; müddət dəyişdikdə, bu barədə əlavə məlumat veriləcək.

Qeydiyyat linki: https://forms.gle/Ysff8SWHcoJTcsEE8