100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillər Kollegiyasının üzvləri növbəti təlimlərdə iştirak edib

29 September 2023    664 share share

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Hüquq və İnsan Haqları İnstitutu və Avropa Şurasının Azərbaycandakı Baş ofisinin birgə əməkdaşlığı çərçivəsində növbəti təlimlər keçirilib.

Cari ilin sentyabr ayının 26-da Quba şəhərində yerləşən “Şahdağ Hotel”də və sentyabr 28-də isə Sumqayıt Apellyasiya Məhkəməsində Vəkillər Kollegiyasının üzvləri, prokurorluq, ədliyyə qurumlarının əməkdaşları və hakimlər üçün Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) üzrə təlimlər keçirilib.

Təlimlər Hüquq və İnsan haqları İnstitutunun ekspertləri tərəfindən əyani qaydada baş tutub.

Yarımgünlük təlimlərdə ümumilikdə 16 vəkil iştirak edib.

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim edilib.