100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Azərbaycanın vəkil və hüquqşünasları İspaniyada futbol turnirində iştirak ediblər

04 October 2023    670 share share

Cari ilin 26 sentyabr - 1 oktyabr tarixlərində Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvləri və ölkənin hüquqşünasları İspaniyanın Salou şəhərində təşkil edilən futbol üzrə 7-ci “Lawyers World Cup” adlı dünya çempionatında iştirak ediblər.

Portuqaliyanın “Catchawards” Vəkil Bürosunun təşkil etdiyi turnirə Azərbaycanın vəkil və hüquqşünasları ilə yanaşı, Braziliya, Kolumbiya, Çili, İndoneziya, Hindistan, Niderland, Polşa, Fransa, İspaniya, Portuqaliya, Özbəkistan, Əlcəzair, Mərakeşin vəkil və hüquqşünasları da qatılıb. 

Gərgin keçən futbol turnirində azərbaycanlı vəkil və hüquqşünaslar İndoneziya, Polşanın “Bielsko-Biala” ilə “Silesian Bar Association” komandalarına məğlub olsalar da, Əlcəzairdən olan həmkarlarına qalib gəliblər.  

Turnirin finalında İndoneziya ilə “Silesian Bar Association” komandaları üz-üzə gəlib.  Görüşdə İndoneziya hüquqşünasları rəqiblərinə qalib gələrək dünya çempionu olublar. Turnirdə komandamız 7-ci olmaqla kifayətlənib.

Xatırladaq ki, 2022-ci ildə Mərakeşdə keçirilən futbol üzrə dünya çempionatında Azərbaycanın vəkil və hüquqşünasları bürünc medal qazanmışdı.