"Heydər Əliyev İli” ilə əlaqədar Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının tədbirlər planı çərçivəsində respublika ərazisində ödənişsiz hüquqi yardım aksiyaları davam etdirilir.
Cari ilin oktyabr ayının 14-də aksiya ilə əlaqədar Bakı şəhərində yerləşən “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkilləri Qəbələ rayonunda səfərdə olublar.
Səfər iştirakçıları tərəfindən Qəbələ Mədəniyyət Mərkəzində 40 nəfərdən artıq vətəndaşa, o cümlədən 1 şəhid ailəsi üzvünə hüquqi məsləhətlər verilib, habelə müvafiq yazılı sənədlər tərtib edilib. Eyni zamanda mülki, ailə və inzibati işlərə dair məsləhətlər verilib.
Vətəndaşlar tərəfindən edilən müraciətlərin əksəriyyəti inzibati işlər, mülkiyyət hüququ, pul tələbi, kredit mübahisəsi, torpaq mübahisələri, aliment tələbi və digər sosial məsələlərlə bağlı olub.
Sonda vətəndaşlar göstərilən hüquqi yardımdan məmnunluqlarını ifadə ediblər.