100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə əməkdaşlıq çərçivəsində vəkillər üçün təlim keçirilib

24 October 2023    626 share share

Cari ilin oktyabr ayının 20-də BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) ilə əməkdaşlıq çərçivəsində və Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri və hüquqşünaslar üçün “BMT-nin insan hüquqları mexanizmlərindən istifadə etməklə insan hüquqlarının monitorinqi və hesabatlılıq” mövzusu üzrə təlim keçirilib.

Təlimdə təlimçi qismində BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının nümayəndələri və yerli təlimçilər çıxış ediblər.

Birgünlük təlimdə ARVK-nın 12 üzvü iştirak edib.