100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillər Kollegiyasının nümayəndəsi UIA-nın Baş Assambleya iclasında iştirak edib

30 October 2023    566 share share

Cari ilin oktyabr ayının 25-də İtaliyanın paytaxtı Roma şəhərində Vəkillərin Beynəlxalq Assosiasiyasının (UIA) Baş Assambleya iclası keçirilib.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) UIA yanında rəsmi nümayəndəsi, vəkil İlham Hüseynov sözügedən tədbirə qatılıb.

Tədbir çərçivəsində UIA-nın əvvəlki və yeni seçilən prezidentləri ilə görüş keçirilib, ARVK və Assosiasiya arasında mövcud və gələcək əlaqələr müzakirə olunub. 

Eyni zamanda ARVK-nın beynəlxalq əlaqələrinin inkişafı məqsədi ilə İ.Hüseynovla Yaponiya Vəkillər Kollegiyaları Federasiyasının vitse-prezidenti Yutaka Saito ilə, İordaniya Vəkillər Kollegiyasının Prezidenti Yahya S. Abu Abboudla, Law Asia təşkilatının prezidenti Shyam Divanla, hüquq və digər sahələrdə innovativ həllər təqdim edən “LexisNexis” şirkətinin nümayəndəsi ilə görüşlər keçirilib və mümkün əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Məlumat üçün qeyd edək ki, 1927-ci ildə yaradılmış və 110 ölkədən üzvü olan UIA peşəkar inkişafı asanlaşdıran, hüquqşünasların təhsil və şəbəkələşməsinə töhvə verən və qanunun aliliyini təşviq edən qlobal və multikultural təşkilatdır.