100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillər Kollegiyasının üzvləri üçün növbəti təlimlər keçirilib

30 October 2023    805 share share

Cari ilin oktyabr ayının 27-də BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) ilə əməkdaşlıq çərçivəsində və Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri və hüquqşünaslar üçün “BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqlarının Müdafiəsi sahəsində İnsan Hüquqları Alətləri və Mexanizmləri” mövzusu  üzrə “Mogan” hoteldə təlim keçirilib.

Təlimdə təlimçi qismində BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının nümayəndələri və yerli təlimçilər çıxış ediblər.

Eyni zamanda Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər Milli Fəaliyyət planı”nın 12.6.1-ci bəndinin icrası məqsədilə vəkillər və hakimlər üçün məişət zorakılığı ilə mübarizə, həmçinin məişət zorakılığından zərər çəkmiş şəxslərlə davranış sahəsində “Hilton Baku” hoteldə təlim keçirilib.

Təlimçi qismində Gender və İnkişaf üzrə Dünya Bankının eksperti, ARVK-nın üzvü Xalisə Şahverdiyeva çıxış edib.

Təlimlərdə ümumilikdə 19 vəkil iştirak edib.