100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillər Kollegiyasının üzvləri üçün növbəti ixtisasartırma təlimləri keçirilib

31 October 2023    901 share share

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) ilə Ədliyyə Akademiyasının birgə əməkdaşlığı çərçivəsində növbəti ixtisasartırma təlimləri keçirilib.

Belə ki, cari ilin oktyabr ayının 13-də “Cinayət prosesində mülki iddia” mövzusu üzrə baş tutan təlimdə ARVK-nın üzvü Anar Məmişov, oktyabrın 20-də “Uşaqların onlayn cinsi istismarı kibercinayətinə qarşı mübarizə" mövzusu üzrə keçirilən təlimdə Kollegiyanın üzvü, Kibercinayətkarlıq və Kibertəhlükəsizlik Komitəsinin sədri Asif Mustafayev, oktyabrın 24-də "Terrorçuluğun maliyyələşdirilməsi əməlinin tövsifi əsasları" mövzusu üzrə keçirilən təlimdə Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədrinin müavini Azər Abbasov və oktyabrın 31-də “BMT-nin insan hüquqları mexanizmləri. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt” və onun nəzarət mexanizmləri” mövzusu üzrə baş tutan təlimdə isə VK-nin üzvü Sahib Məmmədov təlimçi qismində iştirak edib.

Təlimlərdə ümumilikdə 122 vəkil iştirak edib.