100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

"Heydər Əliyev İli” və Zəfər Günü münasibətilə növbəti ödənişsiz hüquqi yardım aksiyaları keçirilib

07 November 2023    726 share share

"Heydər Əliyev İli” və Zəfər Günü münasibətilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının tədbirlər planı çərçivəsində respublika ərazisində növbəti ödənişsiz hüquqi yardım aksiyalarının keçirilməsi ilə bağlı “Açıq qapı” günü elan edilib.

Bununla bağlı olaraq, noyabrın 7-də paytaxt ərazisində yerləşən "Pro Bono" Vəkil Bürosunda, “Verdiktum” Vəkil Bürosunda, Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkilləri Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının inzibati binasında, Gəncə şəhər 1 saylı Vəkil Bürosunda, Quba rayon Vəkil Bürosunda və o cümlədən Şirvan Regional Vəkil Bürosunda vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilib.

Burada vəkillər vətəndaşlara hüquqi məsləhətlər verib, həmçinin müvafiq yazılı ərizələr tərtib ediblər.

Ümumilikdə 50-dən çox vətəndaşa ödənişsiz hüquqi yardımın göstərilməsi təmin edilib.

Vətəndaşlar tərəfindən edilən müraciətlərin əksəriyyəti inzibati işlər, mülkiyyət hüququ, hüquqi faktın müəyyən olunması, pensiya təminatı, kredit mübahisəsi, mənzil təminatı və digər sosial məsələlərlə bağlı olub.

Sonda vətəndaşlar göstərilən hüquqi yardımdan məmnunluqlarını ifadə ediblər.

Qeyd edək ki, 2023-cü il “Heydər Əliyev İli” ilə əlaqədar Vəkillər Kollegiyası tərəfindən hər təqvim ayının 10-da vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilir.