Məlum olduğu kimi, Naxçıvan Muxtar Respublikasında vəkilliyin nüfuzunun artırılması istiqamətində əhəmiyyətli addımlar atılır. Son 8 ayda Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasında (NMRVK) islahatlar aparılır, bir sıra mühüm işlər görülür.
Bunun davamı olaraq, cari ilin noyabr ayının 29-da NMRVK-da "Elektron vəkil kabineti"nin imkanları və elektron müraciət qaydalarına dair vəkillər üçün təlim keçirilib.
Təlimçi qismində Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Elektron Vəkil Komitəsinin sədri Nihad Əliyev iştirak edib.
Bununla bağlı maraqlandırılan suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, bu il may ayının 12-də ARVK-nın təşkilatçılığı ilə NMRVK-da konfrans keçirilib. Eyni zamanda iyulun 10-da Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyətinin iştirakı ilə NMRVK-da seçki-hesabat konfransı təşkil olunub, Vüsal Həsənov sədr seçilib. Konfransdan sonra Şərur Rayon Vəkil Bürosunun (VB) açılış mərasimi baş tutub. Bununla da son 15 ildə ilk dəfə Naxçıvan MR-da VB açılıb.
Xatırladaq ki, 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar olaraq, hər ayın 10-da ölkəmizin bütün bölgələrində, eyni zamanda Naxçıvan MR-da ödənişsiz hüquqi yardım aksiyaları təşkil olunur.