100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillər Kollegiyasının nümayəndəsi Fransada “Hüquq İli”nin rəsmi açılış mərasimində iştirak edib

01 December 2023    623 share share

Cari ilin 21-24 noyabr tarixlərində Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) üzvü Famil Məmmədov Paris Vəkillər Kollegiyasının (PVK) dəvəti ilə “Hüquq İli”nin açılış mərasiminə həsr olunmuş silsilə tədbirlərdə iştirak etmək üçün Fransanın paytaxtı Paris şəhərində rəsmi səfərdə olub.

Mərasimdən öncə PVK-nın iştirakı ilə “Cəmiyyət üçün Hüquq Fondu”, “İrandan  Ukraynaya qədər - Dövlət və müharibə zorakılığı: hüququn mümkün cavabları” mövzularında konfrans keçirilib və rəsmi şəxslər çıxışlar ediblər.

Səfərin üçüncü günündə əsas tədbir baş tutub.

Tədbirin təntənəli açılış mərasimində Paris meri, PVK-nın prezidenti, vitse-prezidenti və o cümlədən Fransa Ədliyyə naziri çıxış ediblər.

Eyni zamanda tədbirdə builki məhkəmə çıxışları müsabiqəsində ilk iki yeri tutan şəxslərin çıxışları səsləndirilib və bütün qaliblərin mükafatları təqdim olunub.

Tədbir çərçivəsində gələcək əməkdaşlığının gücləndirilməsi məqsədilə F.Məmmədov ilə beynəlxalq təşkilatların və Avropanın bir sıra ölkələrinin vəkillər komitələrinin nümayəndələri ilə görüşlər keçirilib, təcrübə mübadiləsi və yeni əməkdaşlıqların perspektivləri barədə müzakirələr aparılıb.

Daha sonra tədbir iştirakçıları üçün rəsmi ziyafət təşkil edilib.