Dekabrın 23-də Vəkillər Kollegiyasının təşkilatçılığı ilə Azərbaycan hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” Layihəsi çərçivəsində vəkillər üçün “Elektron kabinetdən istifadə qaydaları” mövzusunda distant təlim keçirilib.
Təlimin birinci hissəsində “Arpa Consulting” şirkətinin hüquqşünası, Kollegiyanın üzvü İlkin Məmmədov “Elektron Məhkəmə Kabineti” adlı məruzə ilə çıxış edib.
İkinci hissədə isə “HGNS Kaunsilor” Vəkil Bürosunun rəhbəri, Elektron Vəkil Komitəsinin sədri Nihad Əliyev “Elektron vəkil kabineti”, həmçinin elektron müqavilələrin bağlanması, elektron orderlərin generasiyası və məhkəməyə təqdim edilməsi, o cümlədən elektron vəkil layihələri və s. haqqında məruzə səslsəsləndirib.
45 vəkilin qoşulduğu distant təlimin sonunda vəkillərin "Elektron vəkil kabineti” ilə bağlı sualları cavablandırılıb.