Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə Ədliyyə Akademiyasının birgə əməkdaşlığı çərçivəsində növbəti ixtisasartırma təlimləri keçirilib.
Belə ki, cari ilin yanvar ayının 25-də “Müqavilənin bağlanma və etibarlılıq şərtləri” mövzusu üzrə əyani qaydada keçirilən təlimdə Kollegiyanın üzvü, hüquq üzrə fəlsəfə doktoru, dosent Natiq Əsgərov təlimçi qismində iştirak edib.
Vəkillərin səsləndirdiyi çoxsaylı nəzəri və təcrübi sualları təlimçi tərəfindən cavablandırılıb, mübahisəli kasuzlara aydınlıq gətirilib.
Sonda vəkillər təlimi təqdirəlayiq qiymətləndirib və onların fəaliyyətində böyük əhəmiyyəti olduğunu qeyd ediblər.
Yanvarın 26-da isə “Mübahisələrin alternativ həlli və arbitraj” mövzusu üzrə onlayn qaydada növbəti ixtisasartırma təlimi keçirilib. Təlimdə Vəkillər Kollegiyasının üzvü Günel İsmayılbəyli təlimçi qismində iştirak edib.
Qeyd edək ki, yanvarın 25-də əyani qaydada keçirilən ixtisasartırma təlimində 36, yanvarın 26-da distant şəkildə baş tutan ixtisasartırma təlimində isə 58 vəkil iştirak edib.