Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən Bakı şəhərində, bölgələrdə və sosialyönümlü digər ünvanlarda minlərlə aztəminatlı şəxslərə mütəmadi olaraq pulsuz hüquqi yardım aksiyaları davam etdirilir.
Cari ilin mart ayının 16-da aksiya ilə əlaqədar Daşkəsən və Şəmkir rayon Vəkil Bürolarının vəkilləri Daşkəsəndə pulsuz hüquqi yardım göstəriliblər.
Belə ki, onlar Daşkəsən Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşlara hüquqi məsləhətlər verib, habelə müvafiq yazılı sənədlər tərtib edib. Eyni zamanda mülki, ailə və inzibati işlərə dair məsləhətlər verib.
Vətəndaşlar tərəfindən edilən müraciətlərin əksəriyyəti inzibati işlər, mülkiyyət hüququ, pul tələbi, kredit mübahisəsi, torpaq mübahisələri, aliment tələbi və digər sosial məsələlərlə bağlı olub.
Sonda vətəndaşlar göstərilən hüquqi yardımdan məmnunluqlarını ifadə ediblər.