Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Akademiyası ilə Ədliyyə Akademiyasının birgə əməkdaşlığı çərçivəsində növbəti ixtisasartırma təlimləri keçirilib.
Cari ilin aprel ayının 17-də “Vergidən yayınma və məhkəmə təcrübəsi” mövzusu üzrə əyani qaydada baş tutan təlimdə Vəkillər Kollegiyasının üzvü Fərid Nəbili, aprelin 24-də “Vergi mübahisələri” mövzusu üzrə distant qaydada keçirilən təlimdə Vəkillər Kollegiyasının üzvü Sirac Piriyev, apreli 25-də “Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında 1954-cü il Haaqa Konvensiyası” mövzusu üzrə distant qaydada keçirilən təlimdə BDU Hüquq fakültəsi Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının müdiri, h.ü.f.d. Əlizadə Məmmədov, o cümlədən aprelin 26-da “Cinayət işlərində dövlət hesabına hüquqi yardım zamanı müdafiənin qurulması” mövzusu üzrə əyani qaydada baş tutan təlimdə Kollegiyanın üzvü Fərid Həsənov təlimçi qismində iştirak edib.
Ümumilikdə təlimlərdə 136 vəkil iştirak edib.