100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb

06 May 2024    472 share share

Ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycanda vəkillərin sayının artırılması ilə bağlı tövsiyələri çərçivəsində Vəkillər Kollegiyası (VK) üzvlüyünə qəbul üzrə tədbirlərin həyata keçirilməsi davam etdirilməkdədir.

Belə ki, cari ilin may ayının 6-dan etibarən yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış 45 vəkilliyə namizədlə Ədliyyə Akademiyasında icbari təlimə başlanılıb.

İcbari təlimin ilk günü keçirilən tədbirdə Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov açılış nitqi ilə çıxış edərək vəkilliyə namizədlərə uğurlar arzulayıb, son dövrlər Azərbaycan vəkilliyində aparılan islahatlar, vəkillərin sayının artırılması istiqamətində görülən işlər, onların yenilənməsi, gəncləşməsi, müasirləşməsi, təkmilləşməsi barədə məlumat verib.

Həmçinin, o, təlim zamanı vəkillərin lazımi biliyə və peşə hazırlığına yiyələnmələrinə, habelə beynəlxalq təcrübəni öyrənmələrinə xüsusi diqqət yetirildiyini, insan haqlarının qorunması, vəkil etikası və digər aktual məsələlərə dair mövzuların nüfuzlu ekspertlərin iştirakı ilə tədris edildiyini bildirib.

Prorektor 2023-2024-cü illərin statistikasına toxunaraq qeyd edib ki, bu illər ərzində Ədliyyə Akademiyasında 325 nəfər vəkilliyə namizəd icbari təlimə, 1430 nəfər vəkil isə ixtisas artırma kurslarına cəlb olunaraq onların biliklərinin artırılması istiqamətində işlər görülüb.

Daha sonra Ədliyyə Akademiyasının Vəkillərin və mediatorların tədrisi fakültəsinin dekan müavini Günel Sadıqovanın mühazirəsi dinlənilib.