Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Akademiyası və Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə əməkdaşlığı çərçivəsində növbəti ixtisasartırma təlimləri keçirilib.
Belə ki, cari ilin may ayının 17-də “İnsan hüquqlarının universal beynəlxalq müdafiə mexanizmləri” mövzusu üzrə distant qaydada keçirilən təlimdə Vəkillər Kollegiyasının üzvü Sahib Məmmədov, mayın 22-də “İnsan alveri qurbanlarının hüquqlarının müdafiəsinə peşəkar baxış” mövzusu üzrə distant qaydada baş tutan təlimdə Kollegiya üzvü Ruslan Vəliyev, mayın 24-də isə “Yuvenal icraatın xüsusiyyətləri” mövzusu üzrə əyani qaydada keçirilən təlimdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimov təlimçi qismində iştirak ediblər.
Xatırladaq ki, təlimdə ümumilikdə 83 vəkil iştirak edib.