100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Tədris proseslərində iştirak edən vəkillər və büroların statistikası

10 June 2024    1181 share share

06 oktyabr 2023-cü ildə Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə təsis edilən Vəkillər Kollegiyasının Akademiyası vəkillərin ixtisaslarının artırılması, peşə hazırlılığının yüksək səviyyədə saxlanılması və davamlı tədrisə nail olunması istiqamətində fəaliyyət həyata keçirir.

Akademiyanın 8 aylıq fəaliyyət dövründə çoxsaylı təlim, treninq, seminar və ixtisasartırma kursları keçirilib, respublika və beynəlxalq konfranslarda, dəyirmi masalarda vəkillərin iştirakı təmin edilib.

Bu müddət ərzində tədris proseslərində iştirak edən vəkillər və Vəkil bürolarının statistikası aparılıb.

Vəkillər Kollegiyasının Akademiyası hesabatı təqdim edir.

Təlimlərdə ən aktiv vəkillər:

1.         Coşqun Şahverdiyev (“Sirius” Vəkil Bürosu, 23 təlim)

2.         Lalə Namazova (“Ekol” Vəkil Bürosu, 19 təlim)

3.         Emiliya Kazımova     (“Prestij” Vəkil Bürosu, 18 təlim)

4.         Zinyət Ağamalıyeva (“Sirius” Vəkil Bürosu, 18 təlim)

5.         Azər Əliyev (“Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosu, 18 təlim)

Ən çox təlimdə iştirak edən bürolar:

1.         Gəncə Şəhər 1 saylı Vəkil Bürosu – 53 təlim

2.         “Sirius” Vəkil Bürosu – 50 təlim

3.         “Pro Bono” Vəkil Bürosu – 50 təlim

4.         “Güvən” Vəkil Bürosu – 50 təlim

5.         14 saylı Vəkil Bürosu – 43 təlim

Üzvlərinin təlimlərdə ən çox iştirak etdiyi bürolar:

1.         Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası – 21 vəkil

2.         Gəncə Şəhər 1 saylı Vəkil Bürosu – 20 vəkil

3.         20 saylı Vəkil Bürosu – 14 vəkil

4.         12 saylı Vəkil Bürosu – 11 vəkil

5.       “Pro Bono” Vəkil Bürosu – 11 vəkil

Regionlar üzrə ən çox üzvü təlimdə iştirak edən bürolar:

1.         Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası – 21 vəkil

2.         Gəncə Şəhər 1 saylı Vəkil Bürosu – 20 vəkil

3.         Lənkəran rayon Vəkil Bürosu – 10 vəkil

4.         Xırdalan şəhər Vəkil Bürosu – 6 vəkil

Təlimlərində ən çox vəkil iştirak edən təlimçi – Kollegiyanın üzvü, Bakı Dövlət Universiteti Hüquq fakültəsi Cinayət prosesi və kriminalistika kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Firuzə Abbasova.