Azərbaycan Respublikası Vəkillər Kollegiyası Akademiyası ilə Ədliyyə Akademiyasının birgə əməkdaşlığı çərçivəsində “İnsan hüquqları aylığı” çərçivəsində növbəti ixtisasartırma təlimi keçirilib.
Belə ki, cari ilin iyun ayının 13-də “Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət və Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi (Ədalətli məhkəmə araşdırması hüququ)” mövzusu üzrə distant qaydada keçirilən təlimdə Vəkillər Kollegiyasının üzvü Sevinc Əliyeva təlimçi qismində iştirak edib.
Təlim zamanı vəkillərə Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsi, AİHM-ə müraciət prosedurları və şikayət ərizələrinin tərtibi qaydaları, həmçinin hüquqi müəyyənlik prinsipi haqqında geniş məlumat verilib.
Təlimdə ümumilikdə 51 vəkil iştirak edib.