100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Təcrübəçi tələbələrlə görüş keçirilib

05 August 2024    532 share share

Cari ilin avqust ayının 2-də Vəkillər Kollegiyası Akademiyasının rektoru, hüquq elmləri doktoru, professor Əmir Əliyev və Akademiyanın məsul əməkdaşları-Elmi katib Mələkxanım Rəhimova, hüquqşünas-məsləhətçi Sona Xəlilli və mütəxəssis Rəşad Həsənəliyevin iştirakı ilə müxtəlif bürolarda istehsalat təcrübəsi keçən tələbələrlə görüş keçirilib.



Vəkillər Kollegiyası Akademiyasının rektoru, hüquq elmləri doktoru, professor Əmir Əliyev Kollegiyanın Rəyasət Heyətinin sədri, hüquq üzrə fəlsəfə doktoru Anar Bağırovun adından təcrübəçi tələbələrə uğurlar arzulayıb, onlara müvafiq təcrübə dövrləri üçün öz tövsiyə və təkliflərini bildirib. Qeyd olunub ki, Kollegiya tərəfindən təcrübəçi tələbələr üçün xüsusi şərait yaradılıb, onlarla mütəmadi söhbətlər aparılır.


Hər bir tələbə ilə fərdi söhbət aparan rektor və əməkdaşlar onların ümumi təcrübə dövrü və bu dövr ərzində gördükləri işlər barədə onları dinləyib.


Eyni zamanda Vəkillər Kollegiyası Akademiyasının təşkil etdiyi təlimlər, o cümlədən ixtisasartırma təlimləri barədə məlumatlar verilib. Bildirilib ki, Vəkillər Kollegiyası Akademiyası tərəfindən müxtəlif mövzularla əlaqədar təşkil edilən təlimlərdə vəkillərin istər əyani, istərsə də distant halda iştirak etmələri üçün müvafiq şərait yaradılır.


Məlumat üçün bildirilib ki, Vəkillər Kollegiyası Akademiyasının veb-saytı (https://academy-aba.az) artıq fəaliyyətə başlayıb və saytın inkişafı üçün edilməsi planlaşdırılan işlərdən danışılıb.


Baş redaktoru Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri, hüquq üzrə fəlsəfə doktoru Anar Bağırov olan “Azərbaycan Vəkili” elmi-praktik hüquq jurnalının yeni sayının çap edilməsi barədə danışan rektor və əməkdaşlar jurnalın beynəlxalq standartlar əsasında, o cümlədən müasir yanaşmalar üzərində qurulduğunu vurğulayıblar. Jurnalın redaksiya heyətində nüfuzlu yerli və xarici hüquq alimləri təmsil olunurlar. Hər bir vəkil, tədqiqatçı jurnalda elmi məqalələrlə çıxış edə bilər.


Sonda hər bir büro müdiri və tələbəyə “Azərbaycan Vəkili” jurnalının yeni çap edilmiş sayı təqdim edilib və xatirə şəkli çəkilib.