100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillərə “Axtarışın aparılması qaydaları” mövzusunda təlim təşkil olunub

23 September 2024    387 share share

Cari il sentyabrın 21-də Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Axtarışın aparılması qaydaları” adlı hibrid formada təlim keçirilib.

Təlimdə açılış nitqi ilə çıxış edən hüquq elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları Kollegiyanın sədri Anar Bağırovun adından salamlayıb. Seçilmiş təlim mövzusunun xüsusən praktikada rolu barədə danışan professor təlimçiyə uğurlar arzulayıb və keçirilən sözügedən təlimin vəkillərin fəaliyyətində praktiki əhəmiyyəti olacağını qeyd edib.

Həmçinin "Azərbaycan Vəkili” elmi-praktik hüquq jurnalının elmi əhəmiyyəti və jurnalın çapı planlaşdırılan yeni sayı barədə vəkillərə məlumat verilib.

Təlimin əsas hissəsində Vəkillərin İxtisas Komissiyasının üzvü, hüquq üzrə fəlsəfə doktoru Şaiq Mirzəyev axtarış və onun aparılma qaydalarının xüsusiyyəti, Azərbaycan Respublikası qanunvericiliyində mövcud məsələnin tənzim edilməsi üsulları, o cümlədən xarici ölkələrin praktikası və digər əlaqəli məsələlər barədə ətraflı çıxış edib.

Eyni zamanda təlimçi uzunmüddətli praktikasında mövcud olan halları qeyd edərək, geniş təhlillər aparıb və bu sahədə müxtəlif məsələlər iştirakçılarla birgə müzakirə olunub.

Sonra təlimdə iştirak edən Kollegiyanın üzvləri mövzu üzrə öz praktiki təcrübələrini bölüşüblər.

Yekunda vəkillərin müvafiq sahədə çoxsaylı sualları cavablandırılıb.

Qeyd edək ki, hibrid təlimdə Vəkillər Kollegiyasının 69 üzvü distant, 17 üzvü əyani olmaqla, ümumilikdə 86 vəkil iştirak edib.