100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

“Elektron order” layihəsi üzrə təlimlər davam edir

14 October 2024    697 share share

Cari il oktyabr ayının 12-də Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Elektron order” layihəsi üzrə hibrid formada növbəti təlim keçirilib.

Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Akademiyasının rektoru Əmir Əliyev iştirakçıları Kollegiyanın Rəyasət Heyətinin sədri Anar Bağırovun adından salamlayıb və “Elektron order” təlimlərinin vəkillərin fəaliyyətində praktiki əhəmiyyətindən danışıb.

Həmçinin “Azərbaycan Vəkili” elmi-praktik hüquq jurnalının elmi əhəmiyyəti barədə təlim iştirakçılarına məlumat verilib.

Təlimdə Vəkillər Kollegiyasının üzvü, “Elektron vəkillik” Komitəsinin sədri, “HGNS Kaunsilor” Vəkil Bürosunun müdiri Nihad Əliyev “Elektron order” sahəsi üzrə müvafiq məlumatları - elektron müqavilə, orderin verilməsi, dəyişdirilməsi və s. texniki məsələləri, xüsusən müvafiq sahə üzrə yenilikləri vəkillərin diqqətinə çatdırıb.

Eyni zamanda təlimçi vəkilləri bu sahədə maraqlandıran bir çox sualları ətraflı cavablandırıb və öz təcrübəsini bölüşüb.

Qeyd edək ki, təlimdə büro müdirləri – Sübhan Əliyev, Şahlar Xıdırov, Ceyhun Qulamov, Ramiz Musayev və Fəyyaz Quliyev də daxil olmaqla 35 vəkil əyani, 70 vəkil distant qaydada olmaqla, ümumilikdə 105 vəkil iştirak edib.