100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillər Kollegiyasının təşkilatçılığı ilə cəzaçəkmə müəssisəsində intellektual yarış keçirilib

19 October 2024    468 share share

Ədliyyə Nazirliyinin Penitensiar xidməti və Vəkillər Kollegiyası arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq həbs və məhkum edilmiş şəxslərin hüquq və azadlıqlarının təmin olunması, onların sosial adaptasiyası və cəmiyyətə reinteqrasiyası ilə bağlı bir sıra tədbirlər həyata keçirilir.

Növbəti tədbir Vəkillər Kollegiyasının təşkilatçılığı ilə Penitensiar xidmətin 2 saylı cəzaçəkmə müəssisəsində 18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə “Nə? Harada? Nə zaman?” adlı intellektual yarışın  keçirilməsi ilə baş tutub.

Məhkumlardan ibarət komanda 2 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşlarından və Vəkillər Kollegiyasının üzvlərindən ibarət komandalar ilə yarışıblar.

Maraqlı keçən yarışın sonunda qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılıblar.