100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillərə “Korporativ idarəetmə. Korporativ hüquq” mövzusunda təlim keçirilib

21 October 2024    437 share share

Cari il oktyabr ayının 19-da Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Korporativ idarəetmə. Korporativ hüquq” mövzusunda distant qaydada təlim keçirilib.

Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Akademiyasının hüquqşünas-məsləhətçisi Sona Xəlilli iştirakçıları Kollegiyanın rəhbərliyi adından salamlayıb və onlara uğurlar arzulayıb.

Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü, SOCAR-ın Hüquq və Uyğunluq (Compliance) üzrə vitse-prezidentinin müavini, SOCAR Türkiyənin Hüquq, Uyğunluq və Korporativ idarəetmə üzrə rəhbəri Şahin İsmayılbəyli korporativ idarəetmənin əsas prinsipləri, o cümlədən komponentləri barədə geniş məlumat verib.

Təlimçi tərəfindən müvafiq sahədə geniş təhlillər aparılıb, eyni zamanda mövcud sahə üzrə idarəetmə mexanizmləri, yerli və beynəlxalq təcrübə iştirakçılarla birgə müzakirə olunub.

Sonda vəkillərin müvafiq sahədə çoxsaylı sualları cavablandırılıb.

Qeyd edək ki, təlimdə Vəkillər Kollegiyasının 112 üzvü iştirak edib.