Cari il oktyabrın 26-da Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətin qəbuledilənlik şərtləri” mövzusunda hibrid formada təlim keçirilib.
Təlimdə açılış nitqi ilə çıxış edən hüquq elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları Kollegiyanın sədri Anar Bağırovun adından salamlayıb, seçilmiş təlim mövzusunun vəkillərin fəaliyyətində praktiki əhəmiyyəti olacağını qeyd edərək təlimçiyə uğurlar arzulayıb.
Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü Sadiq Bağırov Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətin qəbuledilənlik şərtləri, müraciət hüququndan sui-istifadə, o cümlədən yurisdiksiya üzrə şərtlər, ərazi yurisdiksiyası və digər əlaqəli məsələlər barədə çıxış edib.
Sonra təlimçi müvafiq mövzu ilə əlaqədar təcrübədə olan problemlər barədə məlumatlar verib, vəkilləri bu sahədə maraqlandıran bir çox məsələlər müzakirə edilib.
Qeyd edək ki, təlimdə 44 nəfər distant, 12 nəfər əyani olmaqla, ümumilikdə 56 nəfər iştirak edib.