100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillər 8429 elektron müqavilə bağlayıb

03 November 2024    242 share share

Məlum olduğu kimi, cənab Prezidentin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 22 fevral 2018-ci il tarixli Sərəncamından irəli gələrək Vəkillər Kollegiyası tərəfindən informasiya kommunikasiya texnologiyalarından daha da geniş sürətdə istifadə edilməsi, vətəndaşların hüquqi yardıma çatımlılığı və hüquqi yardımın keyfiyyətinin artırılması məqsədilə hazırlanaraq fəaliyyətə başlayan “Elektron vəkil orderi” sistemindən aktiv istifadə edilir. Vəkillərin işini asanlaşdıran, vaxt itkisinin qarşısını alan, vətəndaş məmnunluğunu təmin edən bu sistem ötən ilin noyabr ayından pilot layihə kimi start götürüb və bu ilin aprelindən etibarən isə bir çox bürolarda uğurla həyata keçirilir.

Qeyd etmək istərdik ki, bu müddət ərzində “Elektron vəkil orderi” vasitəsi ilə Vəkil bürolarında 8125, habelə fərdi qaydada fəaliyyət göstərən vəkillər isə 304 elektron müqavilə bağlayıb.

Beləliklə, qısa müddət ərzində ümumilikdə 8429 elektron müqavilə bağlanaraq Vəkillər Kollegiyası informasiya kommunikasiya texnologiyaları sahəsində yeni uğura imza atıb.

Bildirmək istərdik ki, cari il oktaybr ayında 2359 elektron müqavilə bağlanıb. Bağlanmış elektron müqavilələrin sayı sentyabr (1746) ayı ilə müqayisədə 35,1 faiz çoxdur və bu istiqamətdə ciddi artım müşahidə edilir.

Bundan sonra da elektron qaydada bağlanmış müqavilələr üzrə əldə olunan orderlərin aylıq statistikası barədə məlumat veriləcək.

Qeyd edək ki, məlum olduğu kimi, Vəkillər Kollegiyası Rəyasət Heyətinin 1 mart 2024-cü il tarixli iclasında “Elektron vəkil orderi” cari ilin aprel ayından ilin sonuna qədər kağız daşıyıcı ilə paralel olaraq, növbəti ildən isə məcburi qaydada istifadə edilməsi barədə qərar verilib.