100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillərə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə” mövzusunda növbəti təlim keçirilib

18 November 2024    413 share share

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) və Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə vəkillər üçün “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023-2025-ci illər üzrə Milli Fəaliyyət Planı”ndan vəkillərə münasibətdə irəli gələn məsələlər” mövzusunda təlim keçirilib.

Noyabrın 15-də təşkil olunan təlimdə 32 vəkil iştirak edib.

Təlimdə mövzular ARVK-nın üzvü Zaur Abiyev tərəfindən tədris edilib.

Təlim zamanı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanundan irəli gələn məsələlərin tətbiq dairəsi, bu qanunun normalarına uyğun olaraq vəkillərin monitorinqdə iştirakı zamanı onların vəzifə və funksiyaları, məlumatların qeydiyyatı və gizliliyin təmin edilməsi,  şübhəli əməliyyatların vəkillər tərəfindən aşkarlanması zamanı görülən zəruri tədbirlər, vəkillər tərəfindən hesabatların və məlumatların aidiyyəti üzrə təqdim olunması və s. barədə məsələlərə toxunulub.