Vəkillər Kollegiyasının (VK) və Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə vəkillər üçün “Kommersiya mübahisələrinin həlli” mövzusunda ixtisasartırma təlimi keçirilib.
Noyabrın 19-da təşkil olunan təlimdə 42 vəkil iştirak edib.
Təlimdə mövzular VK-nın üzvü, “Fortiori” Vəkil Bürosunun müdiri Sənan Şirinov tərəfindən tədris edilib.
Təlim zamanı kommersiya mübahisələrinin yaranması zamanı vəkil iştirakının zəruriliyi, kommersiya mübahisələrinin aidiyyətinin müəyyən edilməsi, bununla bağlı iddianın verilməsi, işə baxılma və digər məsələlərə toxunulub.