100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillərə “Vergi mübahisələri” mövzusunda təlim təşkil edilib

26 November 2024    376 share share

Vəkillər Kollegiyası və Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə vəkillər üçün “Vergi mübahisələri” mövzusunda təlim keçirilib.

Noyabrın 23-də təşkil olunan təlimdə 34 vəkil iştirak edib.

Təlimdə mövzular Vəkillər Kollegiyasının üzvü Sirac Piriyev tərəfindən tədris edilib.

Təlim zamanı kameral və səyyar vergi yoxlamaları, operativ vergi nəzarət tədbirləri, riskli vergi ödəyicisi, ümidsiz borclar və onların silinmə proseduru, artıq ödənilmiş vergilərin geri qaytarılma qaydaları, vergi mübahisələrinin məhkəmədə mübahisələndirilməsi, müvəqqəti xarakterli müdafiə tədbirləri, cinayət-mühakimə icraatı və digər məsələlərdən bəhs edilib.