Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə vəkillər üçün “Yerli və beynəlxalq arbitraj” mövzusunda təlim keçirilib.
Noyabrın 29-da keçirilmiş təlimdə 38 vəkil iştirak edib.
Təlimdə mövzular Vəkillər Kollegiyanın üzvü Fuad Qəşəmov tərəfindən tədris edilib.
Təlim zamanı “Arbitraj haqqında” Azərbaycan Respublikasının Qanununun müddəaları, arbitrajın anlayışı, səciyyəvi xüsusiyyətləri, çevikliyi, rahatlığı və effektivliyi, mühakimə prosedurlarından istifadə qaydaları, arbitraj qərarlarının icra mexanizmləri və digər məsələlərdən bəhs edilib.