100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

İl ərzində 11 bəraət əldə edən vəkil “İlin vəkili” seçilib

29 December 2024    1087 share share

2024-cü il ərzində cinayət işləri üzrə ən çox – 11 bəraət əldə edən Lənkəran rayon Vəkil Bürosunun vəkili İbarət Həsənov Azərbaycan Respublikası Vəkillər Kollegiyası (ARVK) tərəfindən “İlin vəkili” seçilib.

Bu barədə dekabrın 28-də “Badamdar” mehmanxanasında 28 dekabr Vəkil Günü münasibətilə ARVK-nın təntənəli tədbirində elan olunub.

Eyni zamanda 2024-cü il ərzində pulsuz hüquqi yardım aksiyalarında fəal iştirakına görə Şəki Regional Vəkil Bürosu, il ərzində müqavilələrin elektron bağlanılmasında fəallığına görə birinci yerlə layiq görülmüş Bakı şəhər 20 saylı Vəkil Bürosu, ikinci yerə layiq görülmüş Bakı şəhər 11 saylı Vəkil Bürosu və üçüncü yerə layiq görülmüş Gəncə şəhər 1 saylı Vəkil Bürosu “İlin vəkil qurumu” mükafatı ilə təltif edilib. İl ərzində Kollegiyanın ictimai fəaliyyətinə verdiyi töhfəyə görə Elektron vəkil komitəsi "İlin vəkil komitəsi", il ərzində keçirilən təlimlərdə fəal iştirakına görə “HGNS” Vəkil Bürosunun müdiri, Elektron vəkil komitəsinin sədri Nihad Əliyev “İlin təlimçi vəkili” elan olunub.