100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillər penitensiar müəssisələrdə pulsuz hüquqi yardım göstərib

02 May 2025    287 share share

“Konstitusiya və Suverenlik İli” çərçivəsində, habelə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidməti arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq penitensiar müəssisələrdə məhkum və həbs edilmiş şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində pulsuz hüquqi yardımın və maarifləndirmə işinin təşkili üzrə aksiyalar davam etdirilir.   

Belə ki, azadlıqdan məhrum edilmiş şəxslərə pulsuz hüquqi yardım göstərilməsi ilə bağlı vəkillər tərəfindən penitensiar müəssisələrə növbəti başçəkmələrin həyata keçirilməsi təmin olunur.

Başçəkmələr zamanı Qadın Vəkillər Alyansının üzvləri 4 saylı cəzaçəkmə müəssisəsi ilə Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəsində və “Verdiktum” Vəkil Bürosunun vəkilləri isə İxtisaslaşdırılmış müalicə müəssisəsində pulsuz hüquqi yardım göstəriblər.

Vəkillərlə keçirilmiş görüş zamanı 53-ə yaxın məhkuma qanunvericiliyin müddəaları izah olunub, hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində sualları cavablandırılıb.