Mayın 10-da Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə "Məhkəmə araşdırmasında prosesual hüququn tətbiqinin aktual məsələləri" mövzusunda distant formada təlim keçirilib.
Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Akademiyasının rektoru, professor Əmir Əliyev iştirakçıları Kollegiyanın sədri Anar Bağırovun adından salamlayıb və təlim mövzusunun aktuallığını, praktiki əhəmiyyətini qeyd edib.
Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü Samir İsayev prosessual təminatlar, məhkəmə təcrübəsi, hüquqi müdafiə mexanizmləri, məhkəmə nəzarəti qaydasında icraatla əlaqədar problemlər və digər əlaqəli məsələlər barədə müzakirələr aparıb.
Həmçinin təlimçi mövzu üzrə mövcud məhkəmə praktikasında qarşılaşdığı işlər barədə öz təcrübəsini bölüşüb.
Sonda vəkillərin müvafiq sahədə çoxsaylı sualları cavablandırılıb.
Qeyd edək ki, təlimdə 60 vəkil iştirak edib.