100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillər Penitensiar müəssisələrdə növbəti pulsuz hüquqi yardım göstərib

21 June 2025    97 share share

Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Vəkillər Kollegiyası arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq, "Konstitusiya və Suverenlik İli" çərçivəsində məhkum və həbs edilmiş şəxslər üçün pulsuz hüquqi yardım və maarifləndirmə işi davam etdirilir.

Belə ki, iyunun 20-də Penitensiar xidmətin 15 saylı cəzaçəkmə müəssisəsində və Müalicə Müəssisəsində saxlanılan şəxslərə Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkilləri tərəfindən hüquqi yardım göstərilib.

Ümumilikdə 50-yə yaxın məhkuma müxtəlif hüquqi məsələlər ətrafında geniş izahatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.