100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Lənkəranda vəkillər probasiya qeydiyyatında olan məhkumlara pulsuz hüquqi yardım göstərib

24 June 2025    145 share share

Vəkillər Kollegiyası və Ədliyyə Nazirliyinin Probasiya xidmətinin birgə təşkilatçılığı ilə probasiya qeydiyyatında olan şəxslərin hüquq və azadlıqlarının təmin olunması ilə bağlı mütəmadi olaraq pulsuz hüquqi yardımların göstərilməsi davam etdirilir.

İyunun 24-də Vəkillər Kollegiyasının Hüquqi Yardım Mərkəzi tərəfindən Probasiya xidmətində növbəti belə hüquqi yardım aksiyası təşkil edilib.

Belə ki, Lənkəran rayon Vəkil Bürosunun vəkilləri tərəfindən Ədliyyə Nazirliyinin Lənkəran rayon icra və probasiya şöbəsində qeydiyyatında olan 32 şəxs qəbul edilib, onların qarşılaşdığı hüquqi problemlərin həlli ilə bağlı müvafiq tədbirlər görülüb. Həmin şəxslərə müxtəlif növ hüquqi məsələlərə dair şifahi və yazılı məsləhətlər, izahatlar verilərək, ödənişsiz hüquqi yardım göstərilib.