100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillər üçün "Deontologiya həftəsi" çərçivəsində təlimlər keçirilib

07 July 2025    183 share share

03 və 04 iyul 2025-ci il tarixlərində Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə Vəkillər Kollegiyasının Deontologiya Komitəsi ilə Mərkəz arasında əməkdaşlıq çərçivəsində distant formada təlimlər keçirilib.

Belə ki, iyulun 3-də  “Vəkil etikası və davranış qaydaları barədə ümumi müddəalar” mövzusunda təşkil edilən təlimdə Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun müdiri Ramiz İbrahimov vəkil etikası, etik normalar, vəkil davranış kodeksi, peşə etikasına riayət və digər əlaqəli məsələlər barədə çıxış edib.

İyulun 4-də isə “Vəkilin ona müraciət etmiş şəxslərə qarşı münasibəti” mövzusunda keçirilən təlimdə Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun müdiri Azər Quliyev tərəfindən vəkil-müştəri münasibətləri, ədalətli yanaşma prinsipi, hüquqi etik standartlar, müştərinin maraqlarının qorunması və digər müxtəlif məsələlər üzrə müzakirələr aparılıb.

Qeyd edək ki, təlimlərdə ümumilikdə 68 vəkil iştirak edib.