"Yüksəliş" müsabiqəsinin idarəçi rəhbərindən olan Vəkillər Kollegiyasının sədri Anar Bağırov final mərhələsinə mentor qismində qatılıb.
Beşinci mövsümün final mərhələsinin son günündə müsabiqənin ənənəvi "Mentor keysi" keçirilib.
Mentorların iştirakı ilə “Növbədənkənar kollegiya iclası” mövzusu ətrafında fikir mübadiləsi aparılıb. Diskussiyaya qoşulan mentorlar seçdikləri iştirakçıları 1 balla qiymətləndiriblər.