100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Beşinci “Yüksəliş” müsabiqəsinin qaliblərinin 10 faizi vəkillərdir

23 July 2025    377 share share

Beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri arasında iki vəkilin də yer alması qürurvericidir.

E-huquq.az xəbər verir ki, bu sözləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, 16 553 iştirakçı arasından seçilən 20 qalibdən ikisi – Fatimə Eyyub və Məmməd Balacanov Kollegiyanın üzvləridir.

Sədr xatırladıb ki, “Yüksəliş” müsabiqəsinin tarixində ilk qalib vəkil Bayram Orucov olub. Növbəti müsabiqələrdə vəkillərin uğurlarını səbirsizliklə gözlədiyini bildirib:

“Bu nəticə ölkə vəkilliyinin yüksək potensialının və bilik səviyyəsinin parlaq göstəricisidir. Vəkillər ölkənin kadr bankını formalaşdıran ən prestijli müsabiqəsinin qalibləri sırasında 10% təşkil edir, vəkillik bütün sahələr üzrə kadr bankına çevrilib, görünən dağa nə bələdçi, vəkillərimizlə fəxr edirəm!"