100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Gədəbəydə vətəndaşlara pulsuz hüquqi yardım aksiyası təşkil edilib

24 July 2025    275 share share

"Konstitusiya və Suverenlik İli" çərçivəsində həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, Gədəbəy Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (VK) birgə təşkilatçılığı ilə VK Qadın Vəkillər Alyansının üzvləri tərəfindən Heydər Əliyev Mərkəzində vətəndaşlar üçün növbəti pulsuz hüquqi yardım aksiyası təşkil edilib.

Sosialyönümlü bu təşəbbüsün əsas məqsədi bölgə sakinlərinin hüquqi maarifləndirilməsi, hüquq xidmətlərinə çıxış imkanlarının artırılması və onların üzləşdiyi hüquqi məsələlərin həllinə dəstək göstərməkdir.

Görüşdə 40-dan çox vətəndaşın müraciətinə baxılıb. Onlara şifahi və yazılı hüquqi məsləhətlər verilib, həmçinin bəzi vətəndaşların şəxsi məsələləri ilə bağlı məhkəmələrə müraciət üçün yazılı ərizələr tərtib olunub.

Müraciətlərin əksəriyyəti inzibati işlər, mülkiyyət hüququ, torpaq mübahisələri, əlilliyin təyin olunması, aliment tələbi və digər sosial məsələlərlə bağlı olub.