100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillər tərəfindən növbəti pulsuz hüquqi yardım həyata keçirilib

07 August 2025    466 share share

Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Vəkillər Kollegiyası arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında pulsuz hüquqi yardım və maarifləndirmə işi davam etdirilir.

Belə ki, Gəncə və Şəki Regional Vəkil Bürolarının vəkilləri tərəfindən 2 saylı istintaq təcridxanasında və Şəki penitensiar müəssisəsində məhkum və həbs edilmiş şəxslər üçün hüquqi yardım göstərilib.

Ümumilikdə 40-a yaxın şəxsə müxtəlif hüquqi məsələlər ətrafında geniş izahatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.