100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillər daha 2 penitensiar müəssisədə pulsuz hüquqi yardım göstəriblər

29 September 2025    260 share share

Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Vəkillər Kollegiyası arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq, "Konstitusiya və Suverenlik İli" çərçivəsində pulsuz hüquqi yardım və maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə azadlıqdan məhrum edilmiş və həbs edilmiş şəxslərin qəbulu davam edir.

Belə ki, Salyan rayon Vəkil Bürosunun vəkilləri 5 saylı cəzaçəkmə müəssisəsində və Lənkəran rayon Vəkil Bürsonun vəkilləri isə Lənkəran penitensiar müəssisəsində cəza çəkən məhkumlara pulsuz hüquqi yardım göstəriblər.

Qəbul zamanı vəkillər tərəfindən ümumilikdə 75-ə yaxın məhkumun müraciəti dinlənilib. Onlara müxtəlif hüquqi məsələlər ətrafında geniş izahat verilib, sualları cavablandırılıb.