100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillərə “Etibarsız əqdlərin növləri və onlara tətbiq olunan müddətlər” mövzusunda təlim təşkil olunub

26 January 2026    707 share share

Yanvarın 24-də “Etibarsız əqdlərin növləri və onlara tətbiq olunan müddətlər” mövzusunda distant formada təlim keçirilib.

Təlimdə açılış nitqi ilə çıxış edən hüquq elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları salamlayıb və təlim mövzusunun praktiki əhəmiyyəti barədə çıxış edib.

Təlimin əsas hissəsində Gəncə regional Vəkil Bürosunun vəkili, "Bank of Baku" ASC Məhkəmə və İcra işləri üzrə hüquq departamentinin baş hüquqşünası Asif Abdullayev mülki hüquqda etibarsız əqdlərin anlayışı və hüquqi nəticələri, qanunvericiliklə müəyyən edilmiş etibarsız əqd növlərinin təsnifatı, etibarsız əqdlər üzrə müddətlərin hesablanmasının hüquqi əsasları, o cümlədən mülki dövriyyədə etibarsız əqdlərin yaratdığı hüquqi risklər və sahə üzrə məhkəmə təcrübəsi barədə ətraflı məlumat verib.

Sonda təlimçi tərəfindən vəkilləri mövzu üzrə maraqlandıran suallar cavablandırılıb, müxtəlif keyslər birgə müzakirə olunub. 

Qeyd edək ki, təlimdə 100 vəkil iştirak edib.