100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillər Kollegiyasının rəhbərliyi Xocalı soyqırımı abidəsini ziyarət edib

26 February 2026    515 share share

Fevralın 26-da Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Vəkillər Kollegiyasının rəhbərliyi Bakının Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı" abidəsini ziyarət edib.

Ziyarət zamanı abidənin önünə gül dəstələri düzülüb, faciə qurbanlarının əziz xatirəsi dərin ehtiramla anılıb.