100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Bakıda probasiya qeydiyyatında olan şəxslər üçün növbəti pulsuz hüquqi yardım aksiyası təşkil edilib

24 June 2026    328 share share

Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya xidməti arasında əməkdaşlıq çərçivəsində probasiya qeydiyyatında olan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi, onların hüquqi yardıma çıxış imkanlarının genişləndirilməsi məqsədilə pulsuz hüquqi yardım aksiyaları mütəmadi olaraq davam etdirilir.

Bu istiqamətdə növbəti hüquqi yardım aksiyası iyunun 24-də Vəkillər Kollegiyasının Hüquqi Yardım Mərkəzinin təşkilatçılığı ilə Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya idarəsində keçirilib.

Aksiya çərçivəsində “BM Morrison və Partnyorları” Vəkil Bürosunun vəkilləri tərəfindən probasiya qeydiyyatında olan 20 nəfər qəbul olunub.

Müraciət edən şəxslərin qarşılaşdıqları hüquqi problemlər dinlənilib, onları maraqlandıran məsələlər üzrə ətraflı hüquqi məsləhətlər verilib, hüquqlarının müdafiəsi və mövcud problemlərinin həlli istiqamətində müvafiq hüquqi izahatlar təqdim edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən əhalinin, xüsusilə həssas qrupların keyfiyyətli hüquqi yardıma çıxışının təmin olunması məqsədilə müxtəlif sosial yönümlü hüquqi yardım layihələri və maarifləndirici tədbirlər mütəmadi olaraq həyata keçirilir.