Türkiyə Barolar
Birliyinin sədri Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü,
Kollegiyanın Ağsaqqallar Şurasının sədri,
Əməkdar hüquqşünas İkram Kərimovun vəfatı ilə bağlı Azərbaycan
Respublikasının Vəkillər Kollegiyasına başsağlığı məktubu ünvanlamışdır.
Məktubda deyilir:
“Azərbaycan hüquq
ictimaiyyətinin görkəmli siması, Azərbaycan Respublikasının Vəkillər
Kollegiyasının Ağsaqqallar Şurasının sədri və uzun illər hüquq sahəsində fəaliyyət
göstərmiş təcrübəli hüquqşünas İkram Kərimovun vəfatı xəbərini dərin kədər
hissi ilə öyrəndik.
Uzun illər ərzində
prokurorluq və məhkəmə orqanlarında yüksək vəzifələrdə çalışaraq Azərbaycanın məhkəmə-hüquq
sisteminə mühüm töhfələr vermiş İkram Kərimov, peşə fəaliyyətində nümayiş
etdirdiyi yüksək peşəkarlıq, intizam və prinsipial mövqeyi ilə bütün
hüquqşünaslar üçün örnək olmuşdur. Ömrünü hüquqa həsr etmiş bu dəyərli
hüquqşünasın itkisi təkcə qardaş Azərbaycan üçün deyil, bizim üçün də dərin
hüzn mənbəyidir.
Türkiyə Barolar
Birliyi olaraq mərhum İkram Kərimova Allahdan rəhmət, başda ailəsi və
yaxınlarına, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına və qardaş Azərbaycan
xalqına dərin hüznlə başsağlığı veririk.
Hörmətlə,
Sədr
Erinç Sağkan
