Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya xidməti tərəfindən probasiya qeydiyyatında olan şəxslərin hüquq və azadlıqlarının təmin olunması məqsədilə pulsuz hüquqi yardım aksiyaları mütəmadi olaraq davam etdirilir.
Bu istiqamətdə növbəti hüquqi yardım aksiyası sentyabrın 29-da Vəkillər Kollegiyasının Hüquqi Yardım Mərkəzinin təşkilatçılığı ilə Probasiya xidmətində həyata keçirilib.
Aksiya çərçivəsində Bərdə rayon Vəkil Bürosunun vəkili tərəfindən Ədliyyə Nazirliyinin Bərdə rayon İcra və Probasiya şöbəsinin qeydiyyatında olan 6 nəfər qəbul edilib.
Məhkumların qarşılaşdığı hüquqi problemlər dinlənilib, onların həlli ilə bağlı müvafiq tədbirlər görülüb, eləcə də müxtəlif hüquqi məsələlər üzrə şifahi və yazılı izahatlar verilməklə pulsuz hüquqi yardım göstərilib.

